NATO müdaxilə etməzsə, Ukrayna münaqişəsi həll olar
![](https://img.redaktor.az/news/2025/02/photo_270140.webp)
Ukrayna münaqişəsinin həlli yalnız NATO-nun müdaxilə etmədiyi halda mümkündür.
Redaktor.az xəbər verir ki, bunu Hollandiyanın sağçı Demokratiya Forumu partiyasının deputatı və Hollandiya parlamentinin üzvü Gideon van Meyeren bildirib.
“Biz razılaşma əldə edə bilərik, lakin bu, yalnız NATO müdaxiləsini dayandıracağı təqdirdə davam edəcək. Ukrayna da bitərəf olmalıdır".
Onun sözlərinə görə, Rusiya bunu dəfələrlə bəyan etdiyi üçün danışıqlara razı olacaq. Bununla belə, o vurğulayıb ki, Qərbin Kiyevə Moskva ilə danışıqlara icazə verib-verməyəcəyi sualı hələ də qalır.
Türkan İSGƏNDƏRLİ