Yunanıstanın yeni prezidenti o OLDU
![](https://img.redaktor.az/news/2025/02/photo_270163.webp)
Yunanıstan parlamenti qanunverici orqanın keçmiş sədri Konstantinos Tasoulası ölkənin prezidenti seçib.
Redaktor.az Yunanıstanın “Vouli” telekanalına istinadən xəbər verir ki, 65 yaşlı Tasoulas parlamentdə keçirilən səsvermənin dördüncü turunun nəticələrinə əsasən dövlət başçısı seçilib.
Onun namizədliyini ölkənin Baş naziri Kiriakos Mitsotakis irəli sürmüşdü.
Qeyd edək ki, yanvarın 25 və 31-i, eləcə də fevralın 6-da baş tutan ilk üç tur uğursuz nəticələnib.
O bu vəzifədə Katerina Sakellaropoulounu əvəz edəcək.