Ermənistan parlamenti Aİ-yə daxil olmağa razılıq verdi

 13:57 12.02.2025     72

Ermənistan parlamenti Avropa İttifaqına (Aİ) daxil olmaq haqqında qanun layihəsini ilk oxunuşda qəbul edib.

Redaktor.az bu barədə yerli mediaya istinadla xəbər verir.

Qanun layihəsinin lehinə 63 deputat, əleyhinə isə 7 deputat səs verib.

Robert Köçəryanın fraksiyası isə səsvermədə iştirakdan imtina edib.

Qeyd edək ki, Ermənistan hökuməti müvafiq sənədi yanvarın 9-da təsdiqləyib. Bundan sonra isə Ermənistan parlamentinin komitəsi Aİ-yə üzvlük prosesi ilə bağlı qanun layihəsini təsdiq edib.