Çində kəşf edilən balıq növünə məşhur cizgi filmindəki qəhrəmanın adı VERİLDİ

 15:18 12.02.2025     69

Çinli tədqiqatçılar yeni kəşf edilən balıq növünü məşhur “Şahzadə Mononoke” cizgi filminin baş qəhrəmanı Sanın üzündəki oxşar naxışlara görə “Sanae” adlandırıblar.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, Cənubi Çin Dənizi Okeanoqrafiya İnstitutu, Çin Elmlər Akademiyası, Ciciang Universiteti və Çinin Okean Universitetinin tədqiqatçılarının birgə araşdırması nəticəsində yeni balıq növü aşkar edilib.

Sözügedən balığın "Branchiostegidae" ailəsinə aid dərin dəniz balığı olduğunu təyin edən tədqiqatçılar, balığın yeni növ statusunu təsdiqləmək üçün genetik analizdən istifadə ediblər.

Tədqiqatçılar təxminən 600 metr dərinlikdə yaşayan bu balıq növünü dünyaca məşhur cizgi filmi “Princess Mononoke”nin qəhrəmanı Sana bənzədiyi üçün "Sanae" adlandırıblar.

Qeyd edək ki, Hayao Miyazakinin dünyaca məşhur 1997-ci ildə çəkdiyi "Şahzadə Mononoke" filmi 120 milyon dollardan çox gəlir gətirib.

Baş qəhrəman Şahzadə San filmdə üzündə qırmızı döyüş boyası naxışları olan, təbiətlə insanlar arasındakı müharibəni təmsil edən döyüşçü şahzadə rolunda oynayır.

Vasif