Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla DANIŞDI

 18:45 12.02.2025     64

Rusiya Prezidenti Vladimir Putin Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa ilə ilk dəfə telefonla danışıb.

Redaktor.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Putin Suriya lideri ilə telefon danışığında Moskvanın Suriya xalqına humanitar yardım göstərməyə hazır olduğunu təsdiqləyib.

Rusiya Prezidenti ölkəsinin Suriya Ərəb Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə prinsipial dəstəyini ifadə edib.