Rusiyadan Suriyaya dəstək AÇIQLAMASI

 19:51 12.02.2025     114

Rusiya Prezidenti Vladimir Putin, Suriya Prezidenti Faruq əş-Şara ilə keçirdiyi telefon danışığında, Suriyadakı sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması üçün Rusiyanın dəstəyini davam etdirəcəyini bildirib.

Redaktor.az xəbər verir ki, Kremlin açıqlamasına görə, Putin Suriyanın yeni rəhbərliyinin qarşısında duran problemlərin həllində Şaraya uğurlar arzulayıb və ölkədəki vəziyyətlə bağlı geniş məsləhətləşmələr aparılıb.

Açıqlamada Rusiyanın Suriyanın birliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyi vurğulanıb.

Bu çərçivədə, ölkədə dayanıqlı sabitliyin təmin edilməsi üçün tədbirlərin həyata keçirilməsi və müxtəlif siyasi qüvvələrin, eləcə də etnik-dini qrupların iştirakı ilə Suriya daxilində dialoqun intensivləşdirilməsinin vacibliyi qeyd olunub.

Putin, Rusiyanın humanitar yardım da daxil olmaqla Suriyadakı sosial-iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün dəstəyini davam etdirəcəyini bildirib.

İki ölkə arasında ticarət, iqtisadiyyat və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsinin müzakirə edildiyi açıqlamada qeyd olunub. Liderlərin gələcəkdə də bu tip məsləhətləşmələri davam etdirmək barədə razılığa gəldiyi bildirilib.

Kənan YUSİF