İngiltərədə uşaq parkından 150-dən çox bomba tapıldı
İngiltərənin şimalındakı uşaq parkında II Dünya Müharibəsindən qalma 150-dən çox bomba aşkar edilib.
Redaktor.az xəbər verir ki, İskoçya sərhədi yaxınlığında yerləşən Wooler qəsəbəsindəki Scotts Park oyun meydançasının yenidən qurulması üçün aparılan tikinti işləri zamanı işçilər şübhəli bir obyekt tapıblar. 14 yanvarda aşkar edilən bu obyektin, zərərli ola biləcək təlim bombası olduğu müəyyən edilib.
Mütəxəssislərin araşdırması nəticəsində parkın altından II Dünya Müharibəsindən qalan 150-dən çox partlamamış obyekt tapılıb. "Brimstone Site Investigations" adlı partlayıcı maddələr üzrə ixtisaslaşmış şirkət əraziyə cəlb edilib.
Mütəxəssislər bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini və tapılan bombaların təhlükəsiz şəkildə zərərsizləşdiriləcəyini bildiriblər.
Kənan YUSİF