Orban onları “qorxaq dovşanlar” adlandırdı

 20:19 12.02.2025     104

Macarıstanın Baş naziri Viktor Orban Aİ liderlərini ABŞ Prezidenti Donald Trampla idxal tariflərini müzakirə etməkdən qorxan “qorxaq dovşanlar” adlandırıb.

Redaktor.az xəbər verir ki, o bu haqda Budapeştdə mətbuat konfransında danışıb.

Orban bildirib ki, Aİ öz təkliflərini amerikalılara müstəqil şəkildə təqdim etməlidir:

“Aİ liderləri qorxaq dovşanlar kimi oturub taleyini gözləyirlər. Ancaq qorxaqların gələcəyi yoxdur. Biz etimad göstərib danışıqlara başlamalıyıq”.

O, həmçinin Aİ-nin hazırkı rəhbərliyinin Birləşmiş Ştatlarla iqtisadi mübahisədə cəmiyyətin maraqlarını effektiv şəkildə qoruya biləcəyinə şübhə ilə yanaşdığını deyib, Almaniya və Fransanın təşəbbüsü öz üzərinə götürməli olduğunu vurğulayıb.