Bayraktar "TB3" PUA-sının ilk ixracı İndoneziyaya ediləcək

 20:54 12.02.2025     74

Türkiyənin müdafiə sənayesinə aid Bayraktar TB3 silahlı pilotsuz uçuş aparatının (PUA) ilk ixracı İndoneziyaya həyata keçiriləcək.

Redaktor.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İndoneziyaya səfəri çərçivəsində, Baykar şirkətinin baş direktoru Haluk Bayraktar ilə Republikorp-un qurucusu Norman Joesoef arasında "Bayraktar TB3 və Bayraktar AKINCI İxracına Yönəlik Ortq İstehsal Anlaşması" imzalanıb.

Məlumata görə, anlaşma çərçivəsində İndoneziyaya 60 Bayraktar TB3 və 9 Bayraktar AKINCI ixrac ediləcək.

Kənan YUSİF