Rusiyanın müdafiə xərcləri Avropanın analoji xərclərini ÖTÜB

 21:24 12.02.2025     101

Rusiyanın müdafiə xərclərində artım Avropanın analoji xərclərini ötüb.

Redaktor.az xəbər verir ki, bu barədə Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun hesabatında bildirilir.

Məlumata görə, Avropa ölkələrinin müdafiə büdcələrini artırmasına baxmayaraq, Rusiyanın müdafiə xərcləri Avropanı üstələyib.

Mərkəz qeyd edib ki, ötən il Rusiyanın hərbi xərcləri 2023-cü illə müqayisədə 42 faiz artaraq 13,1 trilyon rubl təşkil edib və bu, alıcılıq qabiliyyəti pariteti üzrə 462 milyard ABŞ dollarına ekvivalentdir.

Avropanın 2024-cü il üçün ümumi müdafiə xərcləri isə 457 milyard dollar təşkil edib, bu isə 2023-cü ildən 11,7 faiz çoxdur.