Türkiyə ordusu 5 PKK terrorçusunu zərərsizləşdirdi

 21:50 12.02.2025     104

Türkiyə Silahlı Qüvvələri (TSQ), İraqın şimalındakı Qara bölgəsində müəyyən edilən 5 PKK terrorçusunu hava əməliyyatı ilə zərərsizləşdirib.

Redaktor.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada, terror hədəflərinin dəqiq zərbələrlə vurulmağa davam edildiyi bildirilib.

Bəyanatda, terrorla mübarizənin qətiyyətlə davam edəcəyi və Türkiyənin sərhədlərində təhlükəsizliyin təmin olunacağı vurğulanıb.

Kənan YUSİF