Putindən sonra Zelenski ilə DANIŞDI

 22:29 12.02.2025     100

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparıb.

Redaktor.az xəbər verir ki, bu barədə Zelenskinin müşaviri Dmitri Litvin məlumat yayıb.

Onun sözlərinə görə, Trampla Ukrayna lideri arasında danışıqlar təxminən bir saat davam edib. Söhbətin mövzuları hələ ki, açıqlanmayıb.

Qeyd edək ki, ABŞ lideri bu gün Rusiya Prezidenti Vladimir Putinlə də telefonla danışıb.