Senat onu Milli Kəşfiyyatın direktoru vəzifəsinə təsdiq etdi
![](https://img.redaktor.az/news/2025/02/photo_270236.webp)
ABŞ Senatı Tulsi Qabbardı Milli Kəşfiyyatın direktoru vəzifəsinə təsdiq edib.
Redaktor.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
"Senat çərşənbə axşamı Tulsi Qabbardın milli kəşfiyyat direktoru vəzifəsinə təsdiq edilməsi üçün səs verib", - deyə telekanal bildirib.
Bundan bir qədər əvvəl məlum olub ki, ABŞ Senatının Kəşfiyyat Komitəsi ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsinə dövlət başçısı Donald Tramp tərəfindən irəli sürülən Tulsi Qabbardın namizədliyinin təsdiqlənməsini tövsiyə edib. Qabbardın namizədliyi gələn həftə tam Senat tərəfindən təsdiqlənərsə, o, and içəcək.
Qeyd edək ki, daha əvvəl Tramp Qabbardın milli kəşfiyyatın direktoru vəzifəsinə təyin olunmasının mümkünlüyünə şübhə ilə yanaşdığını bildirib.
Turan İSMAYIL