Gürcüstanda baş verənləri yaxından və narahatlıqla izləyirik - NATO Baş katibi

 23:30 12.02.2025     89

Əmin ola bilərsiniz ki, biz Gürcüstanda baş verənləri yaxından, narahatlıqla izləyirik.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Brüsseldə müdafiə nazirlərinin görüşündən öncə mətbuata açıqlamasında deyib.

“Mən daha əvvəl Gürcüstanda seçkilərin nəticələrinə şərh vermişəm və əlbəttə ki, bizim arzumuzdur ki, Gürcüstan NATO və Avropa İttifaqı istiqamətindəki yolunda qalsın, bizim demokratiya, qanunun aliliyi və insan haqlarına dəyərlərimizə uyğun davransın”, - Rutte deyib.