London Kiyevə yeni hərbi yardım paketi AYIRIR
![](https://img.redaktor.az/news/2025/02/photo_270243.webp)
Böyük Britaniya Ukraynaya pilotsuz uçuş aparatları və tanklar da daxil olmaqla yeni hərbi yardım paketi göndərməyi qərara alıb.
Redaktor.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.
“150 milyon funt sterlinq (təxminən 186 milyon ABŞ dolları – red.) dəyərində yeni hərbi yardım paketinə dronlar, tanklar və hava hücumundan müdafiə sistemləri daxildir”, – bəyanatda qeyd olunub.
Bildirilib ki, yardım paketinə minlərlə dron, onlarla tank və zirehli texnika, həmçinin Ukraynanın mövcud hərbi texnikasının texniki qulluğu üçün böyük müqavilələr daxildir.