İlon Mask Ağ Evdə YATIR

 09:37 13.02.2025     283

Amerikalı iş adamı İlon Mask ABŞ-nin Hökumət Səmərəliliyi Departamentində (DOGE) işinin çox olması səbəbindən Ağ Evdə gecələyir.

Redaktor.az xəbər verir ki, bu barədə “Fox Business” telekanalı məlumat yayıb.

“Mask DOGE-də çox işlədiyini və Ağ Evdəki ofisində yatdığını söyləyib”, - xəbərdə deyilir.

Bildirilib ki, iş adamı rəhbər vəzifədəki fəaliyyətinə 4 ay sərf etməyi planlaşdırır. Bu müddət ərzində o, büdcəni iki trilyon dollar azaltmaq və iki faiz inflyasiyaya nail olmaq niyyətindədir.

Onun ofisinin dəqiq yeri bəlli deyil.

Vumart və Güvən reklamı Vumart Güvən