Ruslar Kiyevdəki Krım tatarlarının kanalını vurdu - VİDEO

 15:53 13.02.2025     113

Bu gün səhər saatlarında Rusiya işğalçı qüvvələri Ukraynanın paytaxtı Kiyevi raketlərlə vurub.

Redaktor.az xəbər verir ki, bu barədə Kiyevdə fəalliyyət göstərən "Krım Tatar" kanalının əməkdaşı, tanınmış jurnalist Gülsüm Xəlilova özünün "X" hesabında paylaşım edib. 

"Dostlar, bu səhər mənim Kiyevdə işlədiyim ofis rus işğalçıları tərəfindən raketlərlə vuruldu. Bəlkə də işə tez gəlsəydim, içində olacaqdım. Ofisdə sağlam heç bir şey qalmayıb... Krım tatarlarının yeganə kanalı olan "Krım Tatar" kanalı 2015-ci ildə rus işğalçılarının işğalı, təzyiqləri üzündən Vətənimiz Krımı tərk etmək məcburiyyətində qaldıq. Hamımız birgə Kiyevə gəldik. Kiyevdən Krım türklərinin səslərini çatdırmağa davam etdik. Amma gəl gör ki, burada da rahatlıq yoxdur və bu gün ofisimiz bu şəkildə bombalandı və burada sağlam heç nə qalmadı. Mənim kompüterim də getdi...

İndi hər kəs sülh-sülh deyir. Mülki yerləri, media quruluşlarının ofislərini bombalayan bir ölkə gerçəkdən sül istəyirmi sizcə? Hamınız Allaha əmanət olun, ölkənizin dəyərini bilin", - deyə türk jurnalist deyib.

Turan İSMAYIL