Ərdoğan Şahbaz Şərifə “Togg” hədiyyə etdi - FOTO

 18:48 13.02.2025     98

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfərdə olduğu Pakistanda ölkənin Baş naziri Şahbaz Şəriflə görüşüb.

Redaktor.az “TRT Haber”ə istinadla xəbər verir ki, Ərdoğan Şahbaz Şərifə Türkiyənin yerli elektrik avtomobili “Togg” hədiyyə edib.

Baş nazirlik binasının bağçasında bir müddət söhbət edən iki lider “Togg”un qarşısında xatirə fotosu çəkdirib.

Prezident Ərdoğan “Togg”un sükanı arxasına keçən Baş nazir Şərifi sərnişin oturacağında müşayiət edib.