Bizim iştirakımız olmadan Rusiya ilə ABŞ arasında danışıqları qəbul etməyəcəyik - Zelenski
![](https://img.redaktor.az/news/2025/02/photo_270337.webp)
Ölkəmizin iştirakı olmadan Rusiya ilə ABŞ arasında hər hansı danışıqları qəbul etməyəcəyik.
Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
V. Zelenski əlavə edib ki, Tramp eyni anda həm Ukrayna, həm də Rusiya liderləri ilə danışmaq istədiyini açıqlayıb.
"Mən həqiqətən ilk növbədə prioritetin Ukrayna olduğunu düşünürəm. Bizdə müharibə gedir və Putin bizə qarşıdır. Tramp mənimlə söhbətində Putinin və Rusiyanın prioritet olduğunu demədi. Hazırda biz bu sözlərə inanırıq. ABŞ-nin dəstəyini hiss etmək ölkəmiz üçün çox vacibdir. İndiyədək Prezident Donald Trampla olan söhbətlərimizdə bunu qeyd etmişəm. Onun ilk olaraq Rusiya tərəfi ilə danışması prioritet idi. Siz bilirsiniz ki, həm Ukrayna cəmiyyəti, həm də Avropalılar ölkəmizin prioritet olduğunu bilir. Ona görə də Ukrayna olmadan ölkəmiz haqqında hər hansı müzakirə gedə bilməz”.