Alman deputat Trampla Putinin danışığını "Avropanın alçaldılması" adlandırdı
![](https://img.redaktor.az/news/2025/02/photo_270339.webp?v=MjI6NTgyMDI1LTAyLTEzIDE5OjUxOjU3)
Almaniya Bundestaqının müdafiə komitəsinin sədri Mari-Agnes Strack-Zimmermann ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putinin söhbətini “Avropa üçün alçaldıcılıq” adlandırıb.
Redaktor.az xəbər verir ki, onun sözlərini NTV kanalı sitat gətirir.
Onun sözlərinə görə, iki lider arasında söhbətdə qəbahət yoxdur, lakin Avropa kimi Ukrayna da Trampın Putinlə əlaqə qurmaq planlarından xəbərdar olmayıb. O, hesab edir ki, ABŞ prezidenti Ukrayna ilə bağlı “onun və avropalıların iştirakı olmadan” danışıqlar aparmaq istəyir.
“ Olaf Şolzun rəhbərliyi altında Almaniya da əsl dönüş nöqtəsini tamamilə həyata keçirə bilmədi. İndi biz bunun əvəzini ödəyirik" - Strack-Zimmermann təəssüflənib.
Fevralın 12-də Donald Tramp və Vladimir Putin danışıqlar aparıb və şəxsən görüşmək barədə razılığa gəliblər. Bu, Respublikaçıların ikinci müddətində iki dövlət başçısı arasında ilk rəsmi dialoqdur. Telefon danışığı 1,5 saat davam edib.
Prezidentlər razılaşıblar ki, Ukraynadakı münaqişəyə son qoyulmalıdır. Putin qeyd edib ki, böhranın uzunmüddətli həllinə danışıqlar yolu ilə nail olmaq olar. Eyni zamanda, Rusiya lideri “münaqişənin əsas səbəblərini aradan qaldırmağın” tərəfdarı olduğunu bildirib və amerikalı həmkarının ABŞ və Rusiyanın birgə işləməsinin vaxtının yetişməsi tezisini dəstəkləyib.
Turan İSMAYIL