İsrailin hücumları səbəbindən Qəzzada 22 radio stansiyası bağlanıb
![](https://img.redaktor.az/news/2025/02/photo_270347.webp)
İsrailin 15 aydan çox davam edən hücumları nəticəsində Qəzzada 22 radio stansiyasının mərkəzləri tam və ya qismən dağıdılıb və yayımı dayandırılıb.
Redaktor.az xəbər verir ki, Fələstin Media Forumu, "13 Fevral Dünya Radio Günü" münasibətilə yayımladığı açıqlamada Qəzzadakı yerli radioların ağır şərtlərlə üzləşdiyini vurğulayıb.
Məlumatda qeyd olunub ki, İsrail ordusunun 7 oktyabr 2023 - yanvar 2025 tarixləri arasında Qəzzaya təşkil etdiyi hücumlar nəticəsində 22 radio stansiyasının mərkəzi dağıdılıb.
Kənan YUSİF