Ər-Riyad Putin və Tramp arasında danışıqlar üçün uyğundur - Peskov

 21:45 13.02.2025     71

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında mümkün görüş yeri kimi Ər-Riyadın adı çəkilsə də, bununla bağlı yekun qərar yoxdur.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov “Birinci kanal”a müsahibəsində bildirib.

“Ər-Riyad hər iki ölkə üçün münasibdir. Doğrudan da, Ər-Riyadın adı çəkilib. Amma indiyə qədər bu məsələ ilə bağlı nə işçi səviyyəsində, nə də ən yüksək səviyyədə heç bir qərar qəbul edilməyib. Hələlik görüşün Ər-Riyadda, yoxsa başqa bir paytaxt şəhərdə olacağı məlum deyil. Belə bir görüşə hazırlaşmaq üçün vaxt lazımdır. Bu, həftələr, hətta bir neçə ay çəkə bilər”, - o deyib.

Peskov, həmçinin qeyd edib ki, Rusiya ABŞ-ni Ukraynadakı vəziyyətin nizamlanması üzrə danışıqlarda əsas həmsöhbəti hesab edir.