MHP lideri Dövlət Baxçalı xəstəxanadan evə BURAXILDI

Türkiyədə MHP Başqanı Dövlət Baxçalı müalicə prosesini başa vuraraq Ankaraya qayıdıb.
Redaktor.az xəbər verir ki, MHP-dən verilən açıqlamaya görə, Baxçalı 4 fevral 2025-ci ildə Kocaeli/Gebzedəki Anadolu Sağlıq Mərkəzinə planlı müayinələr üçün qəbul olunub.
Daha əvvəl əməliyyat olunan ürək qapağında problem aşkarlanıb və uğurlu bir müdaxilə həyata keçirilib.
14 fevral etibarilə xəstəxanadan çıxan Baxçalı, həkimlərin müəyyən etdiyi qısa bir müddətdən sonra vəzifəsinə dönəcək.
Kənan YUSİF