Efiopiyada güclü zəlzələ baş VERDİ
![](https://img.redaktor.az/news/2025/02/photo_270490.webp)
Efiopiyada 6,0 bal gücündə zəlzələ qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, yeraltı təkanların episentri 300 minə yaxın insanın yaşadığı Nazrat şəhərindən 84 km şimal-şərqdə, ocağı 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.