Dövlət Duması Qorbaçovun nəvələrinə qarşı cinayət işinin açılmasını TƏLƏB EDİR
![](https://img.redaktor.az/news/2025/02/photo_270542.webp)
Rusiya Dövlət Duması keçmiş SSRİ prezidenti Mixail Qorbaçovun nəvələrinə qarşı cinayət işinin açılmasına dair çağırış edib.
Redaktor.az xəbər verir ki, bu barədə Dumasının deputatı Vitali Milonov bildirib.
“Bu dönüklər bütün həyatlarını xalqın hesabına dəbdəbəli yaşayıb, sonra qaçıblar”, - o qeyd edin.
Bildirilib ki, Qorbaçovun nəvələrinin Rusiya Federasiyasındakı bütün əmlakları, əgər qalıqları varsa, həbs edilməlidir. Parlamentari hesab edir ki, qadınların özləri də xarici agent kimi tanınmalıdır.
45 yaşlı Kseniya Qorbaçova və 37 yaşlı Anastasiya Viqanskaya Almaniyada yaşayırlar. Kseniya orada şərab biznesi ilə məşğuldur. Ukraynada müharibə başlayandan sonra onun şirkəti Zelenski arağının satışını təşkil edib. Gəlirlərin Ukraynaya dəstək üçün xərclənəcəyi bildirilib.
Anastasiyanın əri Berlinin Abanamat musiqi qrupunun üzvüdür və eyni zamanda Ukraynaya müxtəlif ianələr edir.