Rusiya Silahlı Qüvvələri Donetskin yaşayış məntəqəsini ələ KEÇİRDİ
![](https://img.redaktor.az/news/2025/02/photo_270543.webp)
Rusiya Silahlı Qüvvələrinin "Mərkəz" qoşun qruplaşmalarının bölmələri Donetsk vilayətinin Beryozovka yaşayış məntəqəsini nəzarətə götürüb.
Redaktor.az xəbər bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, Rusiya ordusu, həmçinin Şerbinovka, Udaçnoye, Zverevo, Kotlino, Novoandreyevka və Nadejdinka yaşayış məntəqələri ərazilərində Ukrayna Silahlı Qüvvələrinin bir neçə briqadasının canlı qüvvəsinə və texnikasına, ərazi müdafiə və milli qvardiya qüvvələrinə zərbə endirib.