Afrika İttifaqına yeni rəhbər seçildi

Cibutinin xarici işlər naziri Mahmud Əli Yusif Keniya və Madaqaskar nümayəndələrini qabaqlayaraq Afrika İttifaqı Komissiyasının yeni sədri olub.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri İlyas Dauale “X” hesabında məlumat verib.
Yusif 2005-ci ildən Cibutinin xarici işlər naziri vəzifəsində çalışır. O, əvvəllər Cibutinin Misirdəki səfiri olub.
Qeyd edək ki, bundan əvvəl Afrika İttifaqı Komissiyasının sədri vəzifəsini səkkiz il Çad nümayəndəsi Musa Faki Mahamat icra edirdi.