Suriyanın Rusiya ilə münasibətlərinə Suriya xalqı qərar verəcək - XİN

Suriyanın Rusiya ilə münasibətlərinə yenidən baxılması məsələsinə Suriya xalqı qərar verəcək.
Redaktor.az xəbər verir ki, bunu Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsad Həsən əl-Şeybani Münhen Təhlükəsizlik Konfransı çərçivəsində çıxışı zamanı deyib.
O, Suriyadakı Rusiya hərbi bazalarının gələcəyi və ölkələr arasındakı münasibətlərlə bağlı sualı cavablandırarkən, bunları deyib:
"Rusiya ilə münasibətlərə yenidən baxılması məsələsinə Suriya xalqı qərar verəcək. Xalqımızın bizə yaşıl işıq yandırdığını görsək , hərəkətə keçəcəyik".