Dünyada silahlara xərclənən pul rekord HƏDDƏ ÇATIB

Son 15 ildə yaranmış qeyri-müəyyən beynəlxalq mühit ölkələri silahlanmağa sövq edir.
Redaktor.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp NATO ölkələrindən müdafiə xərclərini ümumi daxili məhsullarının 5 faizinə çatdırmağı tələb edib və bu silahlanma dünyanın demək olar ki bütün bölgələrinə yayılıb.
2024-cü ildə silahlanmaya xərclənən pul 2,46 trilyon dollara çatıb ki, bu da rekord hesab olunur.
Rusiya-Ukrayna müharibəsi ilə pik həddə çatan beynəlxalq gərginlik ölkələri silahlanmağa sövq edir.
Hər bir regionda lokal münaqişələr olsa da, qlobal təsir potensialına malik gərginliklər də mövcuddur.
Çin və Tayvan arasındakı gərginlik Filippin və Yaponiyanı silahlanmağa məcbur etdiyi halda, Rusiya-Ukrayna müharibəsi Avropadakı tarazlığı dəyişib.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun apardığı araşdırma nəticəsində məlum olub ki, 2024-cü ildə dünyada silahlanmaya xərclənən pul 2,46 trilyon dollar olub. Nəzərə alsaq ki, Rusiyanın ümumi daxili məhsulu 2 trilyon civarındadır,bu zaman xərclənən pulun ölçüsü daha aydın olur.