Tramp istəsə, istənilən vaxt Rusiyaya gələ bilər - Peskov

Rusiya lideri Vladimir Putindən dəvət alan ABŞ Prezidenti Donald Tramp istədiyi vaxt Moskvaya gələ bilər.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov VGTRK-nın jurnalisti Pavel Zarubinə müsahibəsində bildirib.
O, müvafiq suala cavabında "Əlbəttə", deyib.
Xatırladaq ki, fevralın 12-də Rusiya Prezidenti Vladimir Putin telefon danışığı zamanı Donald Trampı Moskvaya səfərə dəvət edib.