İran bu ölkəyə uçuşları DAYANDIRDI

 20:39 16.02.2025     185

İran Livana uçuşlara müvəqqəti məhdudiyyət tətbiq edib.

Redaktor.az xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Hüseyn Purfərzanə bildirib.

Onun sözlərinə görə, Livan tərəfi bunu təhlükəsizlik məqsədləri ilə bağlı Tehrandan istəyib.

Bu məqsədlə uçuşlar fevralın 18-nə kimi müvəqqəti ləğv olunub.