ABŞ rəsmiləri Rusiya tərəfi ilə danışıqlar üçün Səudiyyə Ərəbistanına yola düşür

 22:18 16.02.2025     184

ABŞ-nin nümayəndə heyəti Ukraynadakı müharibə ilə bağlı Rusiya rəsmiləri ilə danışıqlar üçün bu gün, fevralın 16-da Səudiyyə Ərəbistanına yola düşür.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib.

Uitkoff əlavə edib ki, ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uatz da danışıqlar prosesində iştirak edəcək.

Danışıqlarda Ukrayna nümayəndələrinin iştirak etməyəcəyi qeyd olunur.

O, Ukraynanın danışıqlar prosesinin bir hissəsi olduğunu vurğulayıb, lakin təfərrüatları açıqlamayıb.