Rubio Lavrovla ABŞ və Rusiya səfirliklərinin fəaliyyətini müzakirə ETDİ

 22:50 16.02.2025     156

ABŞ dövlət katibi Marko Rubio Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Amerika və Rusiya səfirliklərinin fəaliyyətini müzakirə edib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio "CBS" telekanalında məlumat verib.

“Çox ağır şəraitdə fəaliyyət göstərən Moskvadakı səfirliyimizlə bağlı məsələ qaldırdım. Bu vacib olduğu üçün bunu gündəmə gətirirəm. Səfirliyimiz fəaliyyət göstərməsə, Rusiya ilə hər hansı bir əlaqə qurmaq çətin olacaq”, - Rubio vurğulayıb.