Netanyahu Qəzza razılaşmasının müzakirəsi üçün Qahirəyə nümayəndə heyəti göndərir

İsrailin Baş naziri Benyamin Netanyahu danışıqlar qrupuna Qəzza sazişinin sonrakı icrasını müzakirə etmək üçün fevralın 17-də Qahirəyə getməyi tapşırıb.
Redaktor.az xəbər verir ki, bu barədə hökumət başçısının ofisi məlumat yayıb.
“ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffla razılaşaraq, Baş nazir Benyamin Netanyahu danışıqlar qrupuna sabah danışıqlar üçün Qahirəyə yola düşməyi tapşırıb”, - məlumatda deyilir.