İsveç ordusu Arktikaya YERLƏŞDİ

 11:35 17.02.2025     129

İsveç Silahlı Qüvvələri Rusiya üçün strateji maraq kəsb edən Arktikada fəallaşıb və regionda yeni limanların yaradılmasında maraqlıdır.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya tərəfi məlumat yayıb.

"Ölkə işlərin görülməsində, şimal limanlarının tikintisində, gəmiqayırmada, infrastrukturun və dəniz nəqliyyatının inkişafında maraqlıdır. Arktika Stokholm üçün xüsusi maraq kəsb edir", - məlumatda qeyd olunur.

Bundan əlavə, krallığın qoşunlarının hələ NATO-ya daxil olmamışdan əvvəl regionda, əsasən Finlandiya ilə koordinasiyada fəaliyyət göstərdiyi göstərilir .

Türkan İSGƏNDƏRLİ