ABŞ Çin qoşunlarını Ukraynaya göndərmək istəyir

 12:02 17.02.2025     199

Birləşmiş Ştatlar silahlı münaqişənin həlli halında Ukraynaya təkcə Avropa İttifaqından ( Aİ ) qoşun göndərməyi təklif etmir, başqa qüvvələr cəlb etməyi düşünür.

Redaktor.az xəbər verir ki, bu barədə “Economist” qəzeti məlumat yayıb.

"Amerika rəsmiləri Braziliya və ya Çin kimi qeyri-Avropa ölkələrini əhatə edəcək fərqli növ sülhməramlı qüvvələr təklif edir", - nəşr qeyd edir.

Xüsusilə qeyd olunur ki, ABŞ-nin vitse-prezidenti J.D.Vens Münhen Təhlükəsizlik Konfransına səfəri zamanı bu tədbirdən danışa bilərdi. Güman edilir ki, bu qüvvələr bufer zonasına çevriləcək döyüş əməliyyatları xətti boyunca yerləşdirilə bilər.

Türkan İSGƏNDƏRLİ

Vumart və Güvən reklamı Vumart Güvən