Ukraynadan Rusiyaya növbəti ZƏRBƏ

Ukraynalıların Rusiyanın Belqorod şəhəri yaxınlığındakı 7 rayona 80-dən çox pilotsuz uçan aparatı atması nəticəsində 4 nəfər ölüb.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
"Ukrayna silahlı qüvvələrinin ötən sutka ərzində 62 döyüş sursatı və 86 pilotsuz uçan aparatdan istifadə edərək, Belqorod vilayətinin 7 məhəlləsinə hücumu nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb. Qrafovka kəndinin girişində avtomobilə pilotsuz təyyarənin hücumu nəticəsində üç mülki şəxs həlak olub. FPV pilotsuz təyyarəsinin Repyaxovka kəndini vurması nəticəsində fermanın əməkdaşı isə yaralanıb", - deyə Qubernator Vyaçeslav Qladkov Telegram kanalında bildirib.
Aytəkin TOFİQQIZI