Avropa liderləri Parisdə yenidən TOPLAŞDILAR

Fransa Prezidenti Emmanuel Makron Avropa Birliyinin əsas dövlətləri və Böyük Britaniyanın liderlərini özünün bəzəkli Yelisey Sarayına çağırıb, ABŞ-nin Ukrayna ilə bağlı diplomatik müharibəsinə necə reaksiya verəcəyi ilə bağlı təcili iclas keçirib.
Redaktor.az bu barədə "Associated Press"ə istinadla xəbər verir.
ABŞ-nin yüksək səviyyəli rəsmilərinin Avropaya ilk səfəri göstərir ki, Tramp administrasiyası öz köhnə avropalı müttəfiqlərinin çoxuna soyuqqanlı yanaşıb, Kremli qucaqlamağa hazırdır.
Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsindən bir neçə ay öncəki döyüşkən xəbərdarlıqlara baxmayaraq, Aİ liderləri açıq şəkildə məşum xəbərlərə məhəl qoymayıblar. Onlar Trampın Avropa ilə yan-yana dayanacağına, qitənin nəhayət müdafiəsini gücləndirməyə və Vaşinqtonun atəş gücünə daha az etibar etməyə başlayacağına ümid edirdilər.
Aytəkin TOFİQQIZI