"AK Parti" sözcüsü CHP daxilindəki çəkişmələrə reaksiya VERDİ

"CHP içindəki qrupların yarışı siyasətsizləşmənin bir hissəsidir".
Redaktor.az xəbər verir ki, Türkiyənin hakim partiyası "AK Parti"nin sözçüsü Ömər Çelik sosial şəbəkə hesabında müxalif partiya CHP-də davam edən daxili çəkişmələrlə bağlı fikir bildirib.
Çelik sosial media hesabında etdiyi açıqlamada bildirib: "Cumhurbaşkanımızın Türkiyə Yüzilliyi hədəfləri üçün atdığı addımlar dünya siyasətində ilham qaynağıdır. CHP daxilindəki qrupların isə siyasətsizlikdən başqa bir nəticəsi yoxdur".
Kənan YUSİF