Avropa Ukraynada 25-30 min hərbçi yerləşdirmək variantını nəzərdən keçirir

 21:14 17.02.2025     162

Avropa liderləri Ukrayna ərazisinə 25-30 minlik kontingentin yerləşdirilməsi variantını nəzərdən keçirirlər, lakin onlar təmas xəttində yerləşməyəcəklər.

Redaktor.az xəbər verir ki, bu barədə “Washington Post“ qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Avropa planlamasının son variantı təmas xətti boyunca yerləşdirilməyəcək, lakin Rusiya qoşunlarının müharibəni bərpa edəcəyi təqdirdə, güc nümayiş etdirməyə hazır olacaq bir neçə briqadadan, ola bilsin ki, 25 mindən 30 minə qədər qoşundan ibarət qüvvələrin yaradılmasını nəzərdə tutur”, - mənbə yazır.