104 yaşını arzuladığı kimi həbsxanada keçirdi - FOTOLAR

 21:26 17.02.2025     167

ABŞ-nin Nyu-York şəhərində həbsxana məmurları Loretta adlı 104 yaşlı qadının arzusunu gerçəkləşdirib və onların işinə baxmağa dəvət ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə “NYup.com” portalı yazıb.

Belə ki, qocalar evinin sakini olan Loretta adlı qadın heç vaxt həbsxanaya getmədiyini deyib və onun içəridən necə göründüyünü bilmək istəyib.

Qadının qarşıdan gələn ad günü barədə xəbər tutan Livinqston qraflığının həbsxanasının işçiləri onu xoş gününü onlarla birlikdə qeyd etməyə dəvət ediblər və o, razılaşıb. Loretta üçün həbsxanaya tur təşkil olunub. Qadına qandal göstərilib, xidməti iti sığallamağa və müşahidə kameralarının məlumatlarının nümayiş olunduğu monitorlara baxmağa icazə verilib.

Polis əməkdaşları tur zamanı Loretta ilə çox güldüklərini və əla vaxt keçirdiklərini qeyd ediblər.

2222