"Dünyanın problemləri qadınların gətirəcəyi yeni həll yollarını gözləyir" - Əminə Ərdoğan

 22:39 17.02.2025     175

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan, "Halkbank Üreten Kadınlar Yarışması Ödül Töreni"ndə çıxış edib.

Redaktor.az xəbər verir ki, İstanbulda baş tutan tədbirdə Əminə Ərdoğan, qadınların iqtisadi inkişafda mühüm rol oynadığını vurğulayaraq deyib: "Dünyanın problemli sahələri qadınların gətirəcəyi yeni həll yollarını gözləyir".

O, qadın sahibkarlığının dəstəklənməsinin önəmini qeyd edərək, Türkiyənin qadınların hər zaman ictimai və iqtisadi sahədə aktiv olduğu bir tarixə sahib olduğunu bildirib.

Kənan YUSİF