Ankarada saxta içkidən ölənlərin sayı 54-ə ÇATDI

Türkiyənin paytaxtı Ankarada saxta spirtli içki səbəbindən 54 nəfər həyatını itirib, 40 nəfər isə reanimasiyada müalicə alır.
Redaktor.az xəbər verir ki, məlumata görə, Ankara prokurorluqları saxta içki istehsalı və satışı ilə bağlı araşdırmaları davam etdirir.
Bu çərçivədə Ankara, Ankara Batı və Polatlı prokurorluqları tərəfindən "qaçaqçılıq" və "qəsdən adam öldürmə" maddələri ilə istintaq aparılır.
Məhkəmə-tibbi ekspertiza hesabatlarına əsasən, 54 nəfərin saxta içkidən öldüyü təsdiqlənib, 40 nəfərin isə vəziyyəti kritik olaraq qiymətləndirilir.
İstintaq çərçivəsində 28 nəfər həbs edilib, 25 nəfər isə məhkəmə nəzarəti ilə sərbəst buraxılıb.
Kənan YUSİF