Netanyahu İsraildə UNRWA-nın fəaliyyətini qadağan etdi

İsrailin Baş naziri Benyamin Netanyahu Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) İsrail ərazisində fəaliyyətini qadağan edən qanunun dərhal icrasına göstəriş verib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə baş nazirlik məlumat yayıb.
“Netanyahu Knessetdə (parlament - red.) qəbul edilmiş UNRWA qanununun dərhal həyata keçirilməsini əmr edib", - bəyanatda deyilir.
Turan İSMAYIL