Zelenski Türkiyədə səfərdədir

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin paytaxtı Ankarada səfərdədir.
Redaktor.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
“Zelenski və nümayəndə heyətini daşıyan təyyarə 21:08 (Bakı vaxtı ilə 22:08 – red.) Ankara Əsənboğa Hava Limanına eniş edib”, – deyə agentliyin məlumatında qeyd olunub.
Dövlət başçısının sabah türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Prezident Sarayında görüşü planlaşdırılır.