Makron və Tramp yarım saat telefonla DANIŞDILAR

ABŞ Prezidenti Donald Tramp və fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı baş tutub.
Redaktor.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Prezident Donald Tramp və Emmanuel Makron Ukraynadakı müharibəni, Avropa ölkələrinin mövqeyini, həmçinin Səudiyyə Ərəbistanında Amerika və Rusiya rəsmiləri arasında danışıqları müzakirə ediblər”, - məlumatda deyilir.
Qeyd olunur ki, Trampla Makron arasında söhbət 30 dəqiqəyə yaxın davam edib.