Türkiyədə UFO səbəbiylə uçuşlar DAYANDIRILDI

Türkiyənin Qaziantep hava limanı naməlum uçan obyektin (UFO ) aşkarlanmasından sonra müvəqqəti olaraq bağlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə "T24" qəzeti məlumat yayıb.
Qeyd olunur ki, fevralın 17-də pilotlar şəhərin üstündəki səmada təxminən üç min metr yüksəklikdə olan və radarda görünməyən naməlum obyekti müşahidə ediblər.
Ekipaj bu barədə dispetçerlərə məlumat verib, bundan sonra hava limanında uçuşlar dayandırılıb. Mənbəyə görə, görünən UFO pilotsuz təyyarə ola bilərdi. Cihaz müəyyən edildikdən sonra hava limanı açılacaq.
Türkan İSGƏNDƏRLİ