"Ukrayna güc vasitəsilə sülhə layiqdir" - Avropa Komissiyasının rəhbəri

 11:18 18.02.2025     130

Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib ki, Parisdə keçirilən Aİ toplantısının iştirakçıları təsdiq ediblər ki, Ukrayna güc vasitəsilə sülhə layiqdir.

Redaktor.az bu barədə TASS-a istinadla xəbər verir.

"Bu gün Parisdə biz bir daha təsdiq etdik ki, Ukrayna güc vasitəsilə sülhə layiqdir. Onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə hörmət edən, güclü təhlükəsizlik zəmanəti ilə sülh", - o, "X" sosial media platformasında yazıb.

Fon der Leyenin fikrincə, Avropa Ukraynaya hərbi yardımın tam payını daşıyır. Eyni zamanda, Avropada müdafiənin artmasına ehtiyac var deyə Avropa Komissiyasının rəhbəri əlavə edib.
 

Aytəkin TOFİQQIZI