Rusiya və ABŞ nümayəndə heyətləri danışıqlara BAŞLADI

 12:00 18.02.2025     124

Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar başlayıb.

Redaktor.az xəbər verir ki, görüş Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilir.

Rusiya tərəfini danışıqlar masasında xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, Amerika tərəfini dövlət katibi Marko Rubio, ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff təmsil edir.

Müzakirələr zamanı Ukrayna münaqişəsinin həlli barədə danışılacağı gözlənilir.

Türkan İSGƏNDƏRLİ