Məşhur aktyor vəfat ETDİ

Məşhur türk serialı olan “Çocuklar duymasın” filminin aktyoru Məhəmməd Əmin Gümüşqaya vəfat edib.
Redaktor.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu haqda onun yaxın dostu Zəfər Algöz məlumat verib.
Qeyd edək ki, 1948-ci il yanvarın 10-da İstanbulda anadan olan Emin Gümüşqaya İstanbul Dövlət Konservatoriyasında təhsil alıb. 1985-ci ildə aktyorluq karyerasına başlayan Gümüşqaya uzun illər səhnə və ekranda bir çox obraza həyat verib.
2002-ci ildə Dövlət Teatrlarından təqaüdə çıxan usta aktyor “Çocuklar Duymasın”, “Səksənlər” kimi məşhur seriallarda rol alıb. Teatr səhnəsində də mühüm tamaşalarda yer alan Gümüşqaya sənət həyatı boyu çoxsaylı layihələrə imza atıb.
Vasif